Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin 2021-ci il üzrə Maliyyə Hesabatları və Auditor Rəyi barədə məlumat

Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası  “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının daxilində təbii qaz təchizatının təşkil edilməsi haqqında” 2020-ci il 28 dekabr tarixli  513 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasında daxili bazarda təbii qazın 2021-ci il 1 yanvar tarixindən etibarən qaz istehsalçılarından satın alınmasını, onun nəqlini, ölkədaxili paylayıcılara və istehlakçılara satışını həyata keçirir.

Sözügedən Qərardan irəli gələn vəzifələrin icrası məqsədi ilə “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyəti fəaliyyətini qüsursuz və keyfiyyətli yerinə yetirməsi üçün bütün imkanlarını səfərbər edərək, 2021-ci hesabat ilini 104 369 826,00 ( Yüz dörd milyon üç yüz altmış doqquz min səkkiz yüz iyirmi altı manat 00 qəpik) manat məbləğində mənfəətlə başa vurmuş, Dövlət Büdcəsinə 20 873 965,20 (İyirmi milyon səkkiz yüz yetmiş üç min doqquz yüz altmış beş manat 20 qəpik) manat məbləğində mənfəət vergisinin ödənişini həyata keçirmişdir.

Qeyd edilən məlumatlar “Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) keçid balansının auditi və 2021-ci il üçün maliyyə hesabatlarının illik audit xidmətinin satın alınması” barədə təkliflər sorğusu nəticəsində qalib gəlmiş “Baker Tilly Audit Azərbaycan” QSC tərəfindən aparılmış audit yoxlamasının nəticəsində tərtib edilmiş maliyyə hesabatlarında öz əksini tapmışdır.

“Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin kollektivi  Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamlarına uyğun olaraq Respublika iqtisadiyyatının inkişafı istiqamətində fəaliyyətlərinin davam etdirilməsini prioritet məsələlərdən biri hesab edərək, 2022-ci və növbəti illəri də yüksək məbləğdə mənfəətlə başa vurmaq istiqamətində bütün səylərini səfərbər etməkdədirlər.

“Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin 31 dekabr 2021-ci il tarixində başa çatmış il üzrə Xüsusi Məqsədli Maliyyə Hesabatları və Müstəqil Auditorların Rəyi barədə ətraflı məlumatı aşağıdakı linklərdən əldə edə bilərsiz:

Maliyyə Hesabatları və Müstəqil Auditorların Rəyi 

Financial Statements and İndependent Auditors Report