“AZƏRKONTRAKT” ASC-NİN ƏMƏKDAŞLARI ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN XATİRƏSİNİ YAD EDİB

Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Səhmdar Cəmiyyətinin kollektivi dekabrın 12-də həyatını öz xalqına həsr etmiş müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, xalqımızın Ümummilli lideri Heydər Əliyevin vəfatının 19-cu ildönümündə Fəxri Xiyabana gələrək məzarını ziyarət etmişdir.

Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin xatirəsi dərin hörmət və ehtiramla yad edilmiş, ona olan sevgi və rəğbətin tərənnümü olaraq məzarı önünə gül dəstələri qoyulmuşdur.