“AZƏRKONTRAKT” SƏHMDAR CƏMİYYƏTİNDƏ ƏMƏK HAQLARI DAXİLİ İMKANLAR HESABINA ARTIRILMIŞDIR

Azərkontrakt” Səhmdar Cəmiyyətində əmək haqları daxili imkanlar hesabına artırılıb.

Bu barədə Səhmdar Cəmiyyətin sədr müavini Güləddin Dadaşov bildirib. O qeyd edib ki, ölkəmizin iqtisadi qüdrəti artdıqca Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə əhalinin sosial şəraitinin yaxşılaşdırılması üçün mühüm tədbirlər həyata keçirilir. İqtisadi siyasətin inamla həyata keçirilməsi sayəsində Azərbaycanda davamlı olaraq əmək haqları, pensiyalar, sosial müavinətlər, təqaüdlər artırılır.

Əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəldilmiş dövlət siyasətinə uyğun olaraq, “Azərkontrakt” Səhmdar Cəmiyyətinin müvafiq əmrinə əsasən, işçilərin hər birinin aylıq əmək haqqı daxili imkanlar hesabına 20 faiz artırılıb.