“AZƏRKONTRAKT” SƏHMDAR CƏMİYYƏTİNİN İŞÇİLƏRİ NOVRUZ BAYRAMI MÜNASİBƏTİLƏ TƏBRİK EDİLMİŞ VƏ SƏHMDAR CƏMİYYƏTİNİN MÜVAFİQ ƏMRİNƏ ƏSASƏN ONLARA PUL MÜKAFATLARI VERİLMİŞDİR

Novruz bayramı xalqımızın ən qədim, dəyərli və sevimli bayramlarındandır.

Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründən Novruz təntənələri xalqımızın həyatına birdəfəlik daxil oldu. Bu gün cənab Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezidentimiz xanım Mehriban Əliyeva milli-mənəvi irsimizə xüsusi diqqətlə yanaşırlar. Xalqımız bu bayramı daha böyük şövqlə, yüksək əhval-ruhiyyədə qeyd edir. Çünki ölkədə həyata keçirilən uğurlu siyasət, başlanan genişmiqyaslı islahatlar iqtisadiyyatda və insanların sosial rifahında əhəmiyyətli dərəcədə yüksəlişə səbəb olub.

Novruz bayramını hər kəsin öz evində, doğma ocağında qeyd etməsi xalqımızın gözəl adət – ənənələrindəndir. Bununla əlaqədar “Azərkontrakt” Səhmdar Cəmiyyətinin işçiləri Novruz bayramı münasibətilə təbrik edilmiş və Səhmdar Cəmiyyətinin müvafiq əmrinə əsasən onlara pul mükafatları verilmişdir.