DÖVLƏT KONTRAKT KORPORASİYASI “AZƏRKONTRAKT” SƏHMDAR CƏMİYYƏTİNDƏ 12 NOYABR – KONSTİTUSİYA GÜNÜ QEYD EDİLİB

“Azərkontrakt” Səhmdar Cəmiyyətinin sədri Miri Qənbərov 1995-ci ildə qəbul olunan Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyev tərəfindən 1996-cı il 1 noyabr tarixli Fərmanı ilə hər il noyabrın 12-i Konstitusiya Günü kimi qeyd edilməyə başlandığını vurğuladı.

1995-ci ilin mayında Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası formalaşdırıldı. Komissiyanın hazırladığı bitkin, şaxəli Konstitusiya layihəsi 1995-ci ilin oktyabrında ümumxalq müzakirəsinə verildi. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı və referendumda seçicilərin 92 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi.

Sədr çıxışının davamında bildirdi ki, bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, ölkədə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaradan və onun inkişafına güclü təkan verən, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sahələrində köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir. Konstitusiya dövlətin ali qanunudur və müstəsna hüquqi qüvvəyə malikdir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir