28 May – Müstəqillik Gününə həsr olunmuş layihə çərçivəsində Şuşa şəhərinə səfər

28 May – Müstəqillik Gününə həsr olunmuş layihə çərçivəsində “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin baş sponsorluğu və “YAŞAT” Fondunun təşkilatçılığı ilə Azərbaycandan və Türkiyədən olan şəhid ailə üzvləri Şuşa şəhərinə səfər ediblər.
Səfər çərçivəsində iştirakçılar Cıdır düzünə, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinə, Şuşa qalasına, İsa bulağına, Yuxarı Gövhər Ağa məscidinə, Bülbülün ev-muzeyinə ekskursiya ediblər.