STRUKTUR

Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan təşkilatlar

  • “Azərkontrakt” ASC-nin “Azərətsüd” icarə topdansatış birliyi 

(əmlakı: inzibati bina, anbar, torpaq sahəsi: 2,3 ha)

Ət, süd və digər tez xarab olan qida məhsullarının saxlanılması üçün respublikamızda böyük həcmli soyuducu kameralara malik, bütün növ qida məhsullarının təchizatı, satışı və saxlanması ilə məşğul olan “Azərətsüd” icarə topdansatış birliyi sizin təkliflərinizi gözləyir və faydalı əməkdaşlığa dəvət edir.

Ünvan: AZ0029, Bakı şəhəri, 6-cı köndələn küçəsi, 2

Tel/Fax: (+99412) 514-20-60 566-49-43

Elektron poçtu: azeretsud@box.az


  • “Azərkontrakt” ASC-nin ixtisaslaşdırılmış lizinq şirkəti “Azərlizinq”  

(əmlakı: inzibati bina, anbar, torpaq sahəsi: 0,58 ha)

Lizinq xidmətləri sahəsində fəaliyyət göstərən “Azərlizinq” şirkəti avtomobilləri, avadanlıqları kirayə verir, eyni zamanda lizinq əsasında dəyəri hissə-hissə ödənilmək şərti ilə hüquqi və fiziki şəxslərə təklif edir. “Azərlizinq” şirkəti ilə əməkdaşlıq sizin işlərinizin yüksəlişinə təkan olacaqdır.

Ünvan: AZ0026, Bakı şəhəri, Nobel prospekti, 108

Telefon: (+99412) 379-48-05

Elektron poçtu: azerlizing@box.az


  • “Azərkontrakt” ASC-nin “Avtomobil-Nəqliyyatı” təsərrüfatı

(əmlakı: inzibati bina, anbar, torpaq sahəsi: 0,49 ha)

“Avtomobil-Nəqliyyatı” təsərrüfatı nizamnaməsinə uyğun olaraq öz fəaliyyətini tam təsərrüfat hesablı, özünüidarəetmə əsasında həyata keçirir, müəssisə və təşkilatlara, fiziki şəxslərə nəqliyyat xidmətləri və texniki qulluq göstərir.

Ünvan: Bakı şəhəri, Nobel prospekti, 108

Tel: (+99412) 379-49-10

Elektron poçtu: ant-azerkontrakt@mail.ru


  • “Azərkontrakt” ASC-nin “Azərmetal” topdansatış ticarət birliyi

  • “İnşaatçı” tam təsərrüfat hesablı istehsal-satış müəssisəsi

(əmlakı: anbar, yardımçı təsərrüfat. Torpaq sahəsi: 0,70 ha + 4,37 ha)

Müəssisənin əsas fəaliyyət dairəsi istehsal-texniki və istehlak təyinatlı məhsullar üzrə bazarın formalaşması və inkişafını təmin etməkdən ibarətdir.

Ünvan: Bakı şəhəri, Sabunçu rayonu, 25/7374 məhəllə

Telefon: (+99412) 450-78-02


  • “Azərkontrakt” ASC-nin tabeliyində olan Bakı şəhəri, Nizami rayon təsərrüfat hesablı topdansatış müəssisəsi məhdud məsuliyyətli cəmiyyət, Sumqayıt şəhər, Sabirabad, Lənkəran, Kürdəmir, Göyçay, Balakən rayon tam təsərrüfat hesablı topdansatış müəssisələri