“Azərkontrakt” ASC-də Ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsi böyük ehtiramla bir dəqiqəlik sükutla yad edilib və büstü qarşısına gül dəstələri qoyulub

2024-cü ilin 10 may tarixi Müstəqil Azərbaycanın qurucusu, Azərbaycanın inkişafı, rifahı naminə misilsiz və danılmaz xidmətlər göstərmiş dahi şəxsiyyət, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü günüdür.
Bu münasibətlə Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin kollektivi tərəfindən Ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsi böyük ehtiramla bir dəqiqəlik sükutla yad edilib və büstü qarşısına gül dəstələri qoyulub.