“AZƏRKONTRAKT” SƏHMDAR CƏMİYYƏTİ SİLAHLI QÜVVƏLƏRƏ YARDIM FONDUNA VƏSAİT AYIRIB

Sentyabrın 27-də düşmən Ermənistan tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin və cəbhə xətti boyu yerləşən yaşayış məntəqələrimizin ağır artilleriya silahlarından atəşə tutulmasına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri uğurlu əks-hücum əməliyyatları həyata keçirir. Uğurlu əks-hücum əməliyyatları nəticəsində işğal altında olan bir neçə ərazimiz düşməndən təmizlənmiş və Azərbaycanın üçrəngli bayrağı həmin ərazilərdə dalğalandırılmışdır. İşğal altında olan torpaqlarımızın azad olunmasında qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyir, onların yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılarımızın tezliklə sağalmasını arzulayırıq.

Azərbaycanın Şanlı Ordusuna dəstək məqsədilə “Azərkontrakt” Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 10.000 manat məbləğində pul vəsaiti köçürüb.

Azərbaycanın Şanlı Ordusu, Sizinləyik! Zəfər Azərbaycanındır! Qarabağ Azərbaycandır!