“AZƏRKONTRAKT” SƏHMDAR CƏMİYYƏTİNİN İŞÇİLƏRİNƏ BAYRAM MÜNASİBƏTİLƏ PUL MÜKAFATI VERİLİB
Həmvətənlərimiz 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2021-ci ili qarşılamaq ərəfəsindədir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqə qurmaq, onlar arasında birlik yaratmaq prosesində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyada yaşayan bütün azərbaycanlılar tərəfindən qeyd edilir. Bu bayram xalqımızın birliyinin təntənəsidir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun Vətən müharibəsində qazandığı möhtəşəm qələbədə də xalqımızın həmrəyliyi, iradəsi mühüm rol oynamışdır.
“Azərkontrakt” Səhmdar Cəmiyyətinin işçiləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edilmiş, onlara cansağlığı, xoşbəxtlik, işlərində yeni-yeni uğurlar arzulanmış və Səhmdar Cəmiyyətin müvafiq əmrinə əsasən, pul mükafatı verilmişdir.