“AZƏRKONTRAKT” SƏHMDAR CƏMİYYƏTİNİN İŞÇİLƏRİNƏ QURBAN BAYRAMI MÜNASİBƏTİLƏ PUL MÜKAFATI VERİLİB

İnsanlar arasında həmrəylik, humanizm və mərhəmət rəmzi olan Qurban bayramı İslam dininin əsas bayramlarından biridir. Dünya müsəlmanları bu müqəddəs gündə Uca Yaradanın adına qurbanlarla Allaha yaxınlığın sevincini yaşayır, xeyirxah amallar uğrunda fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva xalqımızın milli-mənəvi və dini dəyərlərinin qorunub saxlanmasına xüsusi diqqətlə yanaşırlar. Azərbaycanda hər il Qurban bayramı yüksək əhval-ruhiyyədə böyük təntənə ilə qeyd edilir. Bayram günlərində xeyriyyəçilik tədbirləri təşkil olunur, imkanlı insanlar ehtiyacı olan ailələrə kömək edir.

“Azərkontrakt” Səhmdar Cəmiyyətinin işçiləri Qurban bayramı münasibətilə təbrik edilmiş, onlara cansağlığı, xoşbəxtlik, bol ruzi-bərəkət, bütün xeyirxah niyyətlərinin, dua və diləklərinin gerçəkləşməsi arzu edilmiş və Səhmdar Cəmiyyətin müvafiq əmrinə əsasən, pul mükafatı verilmişdir.