“Azərkontrakt” ASC-nin əməkdaşları ulu öndər Heydər Əliyevin xatirəsini yad ediblər

Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi və əməkdaşları Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabanı ziyarət ediblər.
“Azərkontrakt” ASC-nin əməkdaşları Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib abidəsi önünə əklil və gül dəstələri qoyublar. Bununla yanaşı “Azərkontrakt” ASC-nin rəhbərliyi qurumun inzibati binası ərazisində yerləşən ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılan abidənin önünə də gül dəstələri qoyub, unudulmaz xatirələrini ehtiramla yad ediblər.
“Azərkontrakt” ASC-nin əməkdaşları əminliklə qeyd ediblər ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu qətiyyətli siyasət, zəngin və çoxşaxəli irs, mütərəqqi ideyalar bundan sonra da Azərbaycanı daim irəliyə, yeni nailiyyətlərə və qələbələrə aparacaq.