“AZƏRKONTRAKT” SƏHMDAR CƏMİYYƏTİNDƏ ƏMƏK HAQLARI DAXİLİ İMKANLAR HESABINA ARTIRILMIŞDIR

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu mükəmməl iqtisadi inkişaf strategiyasının Prezident cənab İlham Əliyev tərəfindən yeni tərəqqi erasının tələblərinə uyğun olaraq davam etdirilməsi respublikamızın yüksək inkişafını təmin etməkdədir. Ölkəmizin hazırkı inkişafına şərait yaradan iqtisadi siyasət, inkişaf modeli mövcuddur. İqtisadi konsepsiyanın həyata keçirilməsi nəticəsində respublikamız dünya iqtisadiyyatına sıx inteqrasiya etmiş və müasir bazar iqtisadiyyatına malik dövlətə çevrilmişdir.

İqtisadi siyasətin inamla həyata keçirilməsi sayəsində Azərbaycanda davamlı olaraq əmək haqları, pensiyalar, sosial müavinətlər, təqaüdlər artırılır. Əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəldilmiş dövlət siyasətinə uyğun olaraq, əmək haqlarının artırılması ilə bağlı “Azərkontrakt” Səhmdar Cəmiyyəti tərəfindən müvafiq əmr verilmişdir. Belə ki, Səhmdar Cəmiyyətin aparatında çalışan işçilərin hər birinin aylıq əmək haqqı aprel ayının 1-dən daxili imkanlar hesabına 10% artırılmışdır.