SƏDR MÜAVİNİ
Güləddin Ziyəddin oğlu Dadaşov
- 1964-cü ilin dekabrın 5-də anadan olub.
- 1982-ci ildə orta məktəbi fərqlənmə ilə bitirib eksperimental üsulla Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olub.
- 1983-1985-ci illərdə həqiqi hərbi xidmətdə qulluq edib. Əfqanıstan Respublikasında beynəlmiləlçi döyüşçü kimi hərbi xidmətə görə doqquz medalla mükafatlandırılıb.
- 1985-1989-cu illərdə institut Komsomol Təşkilatında müxtəlif vəzifələrdə işləyib.
- 1989-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunun neft mexanika fakültəsini, 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rəhbər kadrların ixtisaslarının artırılması fakültəsini fərqlənmə diplomu ilə bitirib.
- Əmək fəaliyyətinə gənc mütəxəssis kimi 1989-cu ildə başlayıb.
- 1989-1990-cı illərdə Dövlət Maddi-Texniki Təchizat Komitəsinin “Azərmaş” birliyində mühəndis, 1990-1991-ci illərdə şöbə müdirinin müavini vəzifələrində işləyib.
- 1991-1992-ci illərdə Dövlət Maddi-Texniki Təchizat Komitəsinin Birləşmiş Həmkarlar İttifaqları Komitəsinin sədr müavini vəzifəsində çalışıb.
- 1992-1997-ci illərdə Material Ehtiyatları Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqları Komitəsinin sədr müavini, Material Ehtiyatları nazirinin köməkçisi vəzifələrində çalışıb.
- 1997-2000-ci illərdə Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Səhmdar Cəmiyyətinin sədrinin köməkçisi vəzifəsində işləyib.
- 2000-2004-cü illərdə Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Səhmdar Cəmiyyətinin İşlər İdarəsinin rəisi vəzifəsində çalışıb.
- 2004-cü ildən hazırkı vaxta qədər Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsində işləyir.
- 2019-cu ildən Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Səhmdar Cəmiyyətinin Apellyasiya Şurasının sədridir.
- 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
- Ailəlidir, üç övladı var.